Ağciyər düyünlərinin təxminən 95% -i xoşxassəli olur. Əgər sizdə ağciyər düyünü varsa və onun aydınlaşdırılmasını istəyirsinizsə. Əgər sizdə ağciyər düyünü varsa və onun aydınlaşdırılmasını istəyirsinizsə, “Ağciyər Düyünləri Qrupumuz”a müraciət edə bilərsiniz. Qrup bu sahədə böyük təcrübəyə malik pulmoloqlar, cərrahlar və radioloqlardan ibarətdir.
Yumşaq toxuma şişləri az rast gəlinən patologiya olsa da bəzən onun xoşxassəli hesab edilərək onkoloji radikallıq gözləmədən cərrahi üsulla xaric edilməsi arzuedilməz nəticələrə gətirib çıxarır. Çıxarılmış toxuma bəzən histoloji müayinə edilmir və yalnız yenidən əmələ gəlməsi nəticəsində onun bədxassəliliyi (sarkoma) təyin olunur. Bu zaman isə bəzən artıq xəstəlik metastazlar vermiş olur və müalicə gecikmiş olur. Yumşaq toxuma şişlərinin az rast gəlinməsi bu sahədə ixtisaslaşmış mərkəzlərin azlığına səbəb olur.
Təcrübə göstərir ki, yumşaq toxuma şişlərinin Liposarkom (piy toxumasından inkişaf edir), Leyomiosarkom (əzələ toxumasından inkişaf edir), Angiosarkom (damar toxumasından inkişaf edir), Fibrosarkom (birləşdirici toxumadan inkişaf edir) kimi fərqli növləri var. Bütün növ sarkomaların ümumi xüsusiyyətlərindən biri qan dövranı vasitəsilə çox tez metastaz verməsidir.